Paytaxt.org xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna edilmiş dəyişikliyi imzalayıb.
Sənədə əsasən, dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.
Belə ki, tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.