“Delimitasiya və sərhəd təhlükəsizliyi komissiyası Tavuşdakı ərazilərin təhvili prosesinin necə baş verəcəyini anlamaq üçün sənədlərin mübadiləsini həyata keçirir.
Globalinfo.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” fraksiyasının deputatı Lilit Minasyan “Azatutyun” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Paşinyan onlarla görüşdə konkret tarix barədə danışmayıb.
“Mən Paşinyanın vaxt dediyini həqiqətən xatırlamıram. Amma özüm bu məsələni araşdırıram və regiondakı prosesləri analiz edirəm. Hesab edirəm ki, bizim Tavuşun kəndlərini təhvil vermək üçün illərimiz yoxdur və bu problemi tezliklə həll etməliyik”.
3-cü Ordu Korpusunun bu ərazilərdən çıxarılmasının müzakirə edilib-edilməməsi ilə bağlı suala Lilit Minasyan belə cavab verib.
“Bu məsələ hələ də müzakirə olunur. Hər hansı hərəkətlərin olacağını dəqiq deyə bilmərik. Bütün bunlar hələ danışıqlar mərhələsindədir”, – Minasyan vurğulayıb.