Gündəm

Yasamal RİH-nin sektor müdiri Aygün Qəribova OLİQARX İMİŞ - özünə 500 kvadrat metrə yaxın obyekt tikdirir

post-img

Yasamal rayon İcra Hakimiyyətinin sektor müdiri, baş mühasibi Qəribova Aygün Rəcəb qızı özünə obyekt inşa etdirib.

Paytaxt.org xəbər verir ki, İcra Hakimiyyətinin baş mühasibi A.Qəribovanın obyekti Yasamal rayonunun Arif Mehdiyev küçəsində yerləşir.

Aygün Qəribovanın Arif Mehdiyev 119 ünvanında olan obyektinin ümumi sahəsi 500 kvadrat metrə yaxındır.
Obyektin real bazar dəyərinin 2 milyon manat civarında olduğu bildirilir.

Qeyd edək ki, Aygün Qəribova 2017-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olunub.


Mənbə:AzFakt.com

Oxşar xəbərlər