Xəbər

Azərbaycanın diplomatik qələbəsi: İsrail parlamenti gündəlikdən çıxardı

post-img

İsrail parlamentində "erməni soyqırımı"nın tanınması ilə bağlı məsələ gündəlikdən çıxarılıb. Paytaxt.org xəbər verir ki, bu barədə İsrailin Haaretz nəşri məlumat yayıb. Qərarın Azərbaycanın etirazından sonra verildiyi bildirilir.

Məlumata görə, İsrail rəsmiləri azərbaycanlı həmkarlarını əmin ediblər ki, bu məsələ Knessetin gündəliyindən çıxarılacaq. İsrail mənbəsinin sözlərinə görə, Baş nazir Benyamin Netanyahu Azərbaycan Prezidentinin yüksəkvəzifəli siyasi müşavirinin ofisi ilə əlaqəsindən sonra səsvermənin keçirilməsini bloklayıb.

Bildirilib ki, bununla da "erməni soyqırımı"nın tanınması ilə bağlı məsələ Knessetin gündəliyindən çıxarılıb və yay tətili ərəfəsində keçirilən son plenar iclaslarda səsverməyə çıxarılmayacaq.Musavat.com

Oxşar xəbərlər