Əvvəllər televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərmiş Zəhra Quliyevanın sosial şəbəkələrdə aktivləşməsi onun şəxsi həyatını gündəmə gətirib.
Paytaxt.org “Qafqazinfo”-a istinadla xəbər verir ki, Z.Quliyeva son paylaşımlarında terapiyalarla məşğul olduğunu nümayiş etdirir. Bununla əlaqəli tirajlanan xəbər mətnlərində də keçmiş aparıcı sabiq nazir Mədət Quliyevin xanımı kimi təqdim edilsə də, izləyicilər cütlüyün ailə münasibətlərinin bitdiyini, onların rəsmi şəkildə boşandıqlarını qeyd ediblər.
Qeyd edək ki, general-polkovnik Mədət Quliyev daha əvvəl müdafiə sənayesi naziri vəzifəsində çalışıb. O, 2023-cü ildən Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini icra edir.


YENİLƏNDİ:
Paytaxt.org bildirir ki, Zəhra Quliyeva Mədət Quliyevdən boşanma xəbərlərinə reaksiya verib.
O, bu barədə şəxsi "İnstagram" hesabında paylaşım edib:
“Xahiş edirəm mənə şəxsi həyatımla bağlı sual verməyin. Mədəniyyətiniz olsun, reytinq xatirinə xəbər paylaşanda qarşı tərəfin fikrini öyrənin,” – deyə Zəhra Quliyeva bildirib.
