uyğun lisenziyası olmadan fəaliyyət göstərdiyi və iki "yüksək riskli" müştəriyə idarəetmə və inzibati xidmətlər göstərərkən hüquqi yoxlama aparmaq vəzifəsini yerinə yetirmədiyi üçün.“Forbidden Stories” və “The Sentry” bu müştərilərdən birinin Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsi olduğunu açıqlayıb.
Paytaxt.org bildirir ki, 2017-ci ildə avtomobilinə yerləşdirilmiş bomba ilə öldürülmüş, öz ölkəsindəki korrupsiya məsələlərini araşdıran maltalı jurnalist Dafne Karuana Qalitsiyanın araşdırmalarının mərkəzində Pilatus Bankı dururdu. Jurnalist bu bankın azərbaycanlı elitalarına pulyuma əməliyyatlarında kömək etdiyindən şübhələnirdi.
Onun işini davam etdirmək üçün “Forbidden Stories” 15 müxtəlif ölkədən 45 jurnalistdən ibarət beynəlxalq bir konsorsium qurub. "Dafne Layihəsi" Azərbaycandan Heydərov ailəsinin Pilatus Bankı vasitəsilə Avropada gerçəkləşdirdiyi gizli əqdlərini, investisiyalarını ifşa edib. İnvestisiyalar arasında Gürcüstanda sanatoriyaya 2.5 milyon avro, İspaniyanın Marbella şəhərində bir villa üçün 3.9 milyon avro, və Fransanın üç tanınmış sənətkarlıq şirkətinə on milyonlarla avro sərmayə vardı.
Gernsi adasında yaşayan Ginet Luis Blondel bu sistemin əsas oyunçularından olduğu bildirilir. O, lisenziyasız fəaliyyətə görə 2024-cü ildə cərimələnəndə GFSC tənzimləyici qurum onun müştərilərinin adlarını açıqlamayıb.
Çoxsaylı mənbələr isə “Müştəri 2” ailəsinin Heydərovlar olduğunu göstərir. Blondelin lisenziyasız xidmət göstərdiyi şirkətlərin isə Heydərovun ailə üzvlərinə, onlardan bəzilərinin birbaşa Avropadakı aktivlərə bağlı olduğu bildirilir.
Daha bir “qayda pozuntusu” Blondelin “yüksək risk” müştərilərinin maliyyə və sərvətinin mənbəyini müəyyən etməməsidir. Bu kölgə müşavirinin 10 il ərzində maliyyə sektorunda əsas vəzifələr tutması yasaqlanıb, üstəlik, 210 min funt-sterlinq cərimələnib.
Araşdırma müəllifləri Ginet Blondeldən şərh ala bilmədiklərini yazırlar.
Araşdırmada deyilir ki, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkə iqtisadiyyatında mərkəzi fiqurdur. 2023-cü ilə qədər oğlu Gilan Holdinq-i idarə edirdi, bu holdinqin biznesi bankçılıq, tikinti, turizm və kənd təsərrüfatı sahələrini əhatə edir.
2013-cü ildə Kəmaləddin Heydərov və prezident İlham Əliyev ailəsinin əlaqələri Fransa məhkəmələrində ortaya çıxıb. Lyon Apelyasiya Məhkəməsi, onu şirkət aktivlərindən sui-istifadə etməkdə təqsirli bilib.
Heydərov ailəsinin vəkilləri “Forbidden Stories”ə bildiriblər ki, onlar heç bir şirkətə katiblik və ya inzibati heyətin təyinatında iştirak etməyiblər. 2018-ci ildə “Dafne Layihəsi”nin ilkin buraxılışı zamanı, onların vəkilləri “The Guardian”a bildirmişdilər ki, müştəriləri "tamamilə qanuni və hüquqi bizneslərlə məşğuldurlar”.
Qəzet o zaman “hər hansı bir qeyri-qanuni fəaliyyətin olmadığı”nı qeyd edib, amma Azərbaycanın elitasının “şəffaflıq çatışmazlığı”na dair yeni suallar doğurduğunu vurğulayıb.
Bu araşdırmanın müəllifləri də Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirlik ilə əlaqə saxlayıblar, amma cavab ala bilməyiblər.
Vaxtilə Avropa İttifaqı Pilatus Bankının işini araşdırıb, 2018-ci ildə Avropa Mərkəzi Bankı onun lisenziyasını ləğv edib. Amma Ginet Blondel Avropada azərbaycanlı elitası üçün fəaliyyətini davam etdirib, Cenevrədə yerləşən, kürü ticarəti üzrə ixtisaslaşmış “Planet Caviar SA” şirkətinin idarə heyətinə qoşulur. Blondelin və onun iki sələfinin idarə heyətinə səhmdar “Caspian Fish Company” tərəfindən təyin olunduğu bildirilir. Bu şirkət isə vaxtilə Kəmaləddin Heydərova məxsus olub.
Jurnalist Dafnenin qətl işi isə hələ də davam edir. Jurnalistin qətlə yetirilməsindən təxminən səkkiz il sonra, bu il iyunun 10-da onun həyatına son qoyan partlayıcını təmin etmiş iki kişi ömürlük həbs cəzasına məhkum edilib. Qətlin arxasında durduğu iddia olunan Yorgen Fenek isə bu ilin fevralında zaminə buraxılıb, məhkəməsini gözləyir.