Siyasət

İrandakı səfirlik bərpa olundu

post-img

Xarici İşlər Nazirliyinin rəsmi məlumatına görə, iyulun 15-də Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib. Paytaxt Tehrandakı yeni ünvanda gərəkli mühafizənin təmin olunduğu bildirilir.

Səfirliyin əvvəlki binasına 2023-cü il yanvarın 27-də terror hücumu olmuş, mühafizə xidmətinin rəisi öldürülmüş, xidmətin iki əməkdaşı yaralanmış, diplomatik korpus yanvarın 29-da İranı tərk etmişdi.

İranda fövqəladə və səlahiyyətli səfir postunu Əli Fikrət oğlu Əlizadə tutur.

Oxşar xəbərlər