Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə yeni təyinat gözlənilir.
Paytaxt.org-a bu barədə Tehsil.media portalının rəhbəri Sakit Muradov bildirib.
S.Muradov mötəbər mənbədən aldığı məlumatı sosial şəbəkədə öz hesabında paylaşıb.
Jurnalist bildirib ki, mənbənin iddiasına görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə İlqar Bayramlı təyin olunacaq.
Haqqında:
1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub. 1997-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsilini tamamlayıb.
İlqar Bayramlı əmək fəaliyyətinə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlayıb, daha sonra baş müəllim vəzifəsində çalışıb. O, həmçinin “Neftçi” PFK MMC-də Maliyyə şöbəsinin rəisi, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini və direktor vəzifələrində fəaliyyət göstərib.
Bundan sonra “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri kimi çalışıb, daha sonra Ağsu rayonunda yerləşən “AZGRANATA” MMC-də Maliyyə departamentinin rəhbəri, həmçinin İdarə Heyəti sədrinin birinci müavini olub.
2022-ci ildən Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsində müdir müavini kimi fəaliyyət göstərib. 2024-cü ildən etibarən həmin şöbəyə rəhbərlik edir.
Ailəlidir, 3 övladı var.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi MDPİM - Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Azərbaycan Respublikasının Təhsil İnstitutu Abşeron - Xızı Regional Təhsil İdarəsi Dağlıq Şirvan Regional Təhsil İdarəsi