Dünya

Talibana Pakistanla bağlı tapşırıq: Məhv edin!

post-img

Taliban hərəkatının döyüşçüləri ilə Pakistanın sərhəd qoşunları arasında toqquşmalar nəticəsində azı iki nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə TOLO Nyus telekanalı məlumat yayıb.

Bildirilib ki, Əfqanıstanın Xost vilayətində mübahisəli sərhəd bölgəsində Taliban və Pakistan hərbçiləri arasında döyüşlər ikinci gündür ki, davam edir.

Toqquşmalar nəticəsində biri qadın olmaqla 2 nəfər həlak olub, yaralananların sayı 11-ə çatıb.

Bölgə qubernatorunun müavini döyüş bölgəsinə gedib, orada Taliban sərhədçiləri və yerli sakinlərlə görüşüb. O, təhlükəsizlik qüvvələrinə sərhədi pozaraq Əfqanıstan ərazisinə daxil olanların qarşısının alınmasını tapşırıb.

Oxşar xəbərlər