Siyasət

Hafiz Hacıyevin seçki ilə bağlı qərarı – Özü danışdı

post-img

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlamışdı. Lakin onun daha sonra namizədliyini irəli sürməyəcəyinə dair məlumatlar yayıldı.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Hafiz Hacıyev deyib ki, partiyadan hələlik 16-17 nəfərin namizədliyi irəli sürülüb. O, hazırda qeydiyyat məsələləri ilə məşğul olduqlarını bildirib:


“İdarə Heyəti və Siyasi Şura seçimi öz ixtiyarıma buraxıb. İstənilən vaxt müstəqil şəkildə dəqiq qərar verəcəm. Düzdür, hazırda namizədliyimi irəli sürməmişəm, amma hələ irəlidə bir neçə günümüz var. Əgər görsəm ki, mənim seçkilərdə iştirak etməyim lazımdır, o zaman mütləq namizədliyimi irəli sürəcəm. Verəcəyim qərarın səbəbini də hər şey dəqiqləşdikdən sonra açıqlayacağam”.

Oxşar xəbərlər