Dünya

İlham Əliyev: “Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq”

post-img

Trampa qarşı edilən hücum şok və dəhşət doğurur.

Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsindəki paylaşımında yer alıb.

“Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Trampın tezliklə sağalmasını arzu edirik”, – paylaşımda deyilir.

ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Oxşar xəbərlər