“Üç raket bəsdir ki, Rusiyanın ənənəvi düşmənlərini yox edək”.
Globalinfo.az xəbər verir ki, belə bir təhdidi “Rossiya 1” dövlət kanalının efirindən rusiyalı aparıcı və təbliğatçı Yevgeni Popov səsləndirib.
ABŞ-ın Almaniyada uzaqmənzilli raketlər yerləşdirəcəyi planları barədə danışan Popov Avropanı nüvə zərbələri ilə təhdid edib:
“Berlin, Varşava, bütün Baltikyanı, Paris, Buxarest, Praqa, əlbəttə, Almaniyadakı ABŞ bazaları… Xüsusi diqqəti Britaniyaya – bizim ənənəvi düşmənimizə ayırmaq lazımdır. Ona qarşı Şimal Donanmasının əhəmiyyətli hissəsi işləyəcək. Vaşinqton təkcə Londonu yox, Mançester, Briminqem, Devanport hərbi dəniz bazasını, Şotlandiyada kralın “Trayden” nüvə raketlərini saxladığı Klayd bazasını, Portsmut və Çatem Verf ərazilərini zərbə altında qoyacaq. Britaniya daha həssas vəziyyətdədir. Prinsipcə 3 raket bəsdir və bu sivilizasiya məhv olacaq”.
Qeyd edək ki, ABŞ 2026-cı ilə qədər Almaniyaya yenidən “Tomaqavk” raketlərini, SM-6 zenit raketlərini və yeni hipersonik silahlarını yerləşdirəcəyini açıqlayıb. Bu raketlər nəzəri olaraq Almaniyadan Moskvanı vurmaq imkanına sahibdirlər.