“Bir müddət əvvəl qırıcı təyyarələr son aylarda “Ənsar Allah” hərəkatı (husilər) tərəfindən İsrailə qarşı həyata keçirilən yüzlərlə hücuma cavab olaraq Yəmənin Hudeydə limanı yaxınlığındakı hərbi obyektlərə zərbələr endirib”.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Bu, İsrailin Yəməndəki hərbi obyektləri ilk dəfə bombalamasıdır.
Belə ki, Hodeyda limanında neft anbarları, şəhərin elektrik stansiyası, eləcə də hərbi polis binası bombalanıb.