Dünya

İran dəhşətli müharibəyə məcbur edilir – Qarşıdurma dərinləşir

post-img

ABŞ Prezidenti Co Bayden İranın təhdidləri qarşısında İsraili dəstəkləyəcəklərini bildirib. Lakin Qəzza məsələsində bir qədər fərqli mövqe sərgiləyib və bəyan edib ki, əgər Təl-Əviv bu ərazidəki siyasətini dəyişməsə, Vaşinqton dəstəyini dayandıracaq.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Netanyahu hakimiyyəti ilə Bayden administrasiyası arasında ciddi qarşıdurma var:

“Ağ Ev İsraildən Qəzzada əməliyyatların dayandırılmasını tələb edir. Çünki Yaxın Şərqdəki müharibə ocağının söndürülməsində maraqlıdır. Netanyahu hökuməti isə ABŞ-ın bu tələblərinə müqavimət göstərməyə çalışır, Qəzzada müharibəni davam etdirəcəyini vurğulayır”.


Politoloq qeyd edib ki, rəsmi Vaşinqton İsraildə hakimiyyət dəyişikliyinə çalışır:

“İsrail daxilində hökumətə müxalif olan qüvvələrin fəallaşdığı müşahidə edilir. Hesab olunur ki, yaxın vaxtlarda Netanyahu hakimiyyətini seçkilərə məcbur edə bilərlər. Lakin o buna müqavimət göstərmək üçün fərqli addımlar atacaq. Mövcud hakimiyyət İranla müəyyən qarşıdurmanın yaranmasında, savaşa çevrilməsində maraqlıdır”.

Oxşar xəbərlər